XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

24 Oktyabr 2018 - 00:25

Binəli Yıldırım Ermənistana şərt qoydu:"Hər şeydən əvvəl, Qarabağ və işğaldakı Azərbaycan torpaqlarından geri çəkilin"

“Ermənistan dəqiqəbaşı Türkiyə ilə əlaqələri yaxşılaşdırmaq istədiyinə dair bəyanat verir. Həqiqətən belə niyyəti varsa, hər şeydən əvvəl Dağlıq Qarabağdan və işğal altındakı Azərbaycan torpaqlarından geri çəkilməlidir. 1 milyon azərbaycanlının doğma yurd-yuvasına qayıtmasına imkan yaratmalıdır. Türkiyəyə yönəlik iddialardan dərhal vaz keçməli, həqiqətləri qeyd-şərtsiz qəbul etməlidir”.

Bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Binali Yıldırım Qarsda təşkil olunan mərasimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, soyqırım məsələsi sadəcə çirkin iddiadan ibarətdir: “Soyqırım, etnik təmizləmə kimi barbarlıq ifadə edən anlayışlar bizə, mədəniyyətimizə xas deyil. Tarixində ayıb, günah sayılacaq alçaqlıqlar olmayan millətlərin başında bizim millətimiz dayanır. Öyünəcəyimiz mədəniyyətimiz var. Millətimizi qaralamaq istəyənlərin çirkin iddialarını heç zaman qəbul etməmişik, etməyəcəyik də. Bunu edənlərin məqsədi öz ləkələrini və ayıblarını türk millətinə yaxmaqdır. Onların bu iddiaları qarşısında söylədiyimiz açıq-aydındır. Tarix tarixçilərin danışmalı olduğu meydandır, tarixdə baş vermiş hadisələri tarixçilər dəyərləndirməlidir. İstəyirlərsə, “hamıya arxivlərimizi açarıq” dedik, istəyirlərlə heyət təşkil edib bizim tarixçilərimiz, mütəxəssislərimizlə birlikdə çalışsınlar”/Teleqraf.com.