XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

24 Oktyabr 2018 - 15:32

Jurnalist Camal Xaşuqcinin cəsədi quyudadır? –Ər-Riyad rejimi Türkiyə polisinə axtarışa icazə vermədi

Jurnalist Camal Xaşuqcinin İstanbuldakı Baş konsulluqda öldürüldüyünü 18 gün sonra etiraf edən Səudiyyə Ərəbistanı rejimi konsulluğun bağçasındakı quyuda axtarış aparılmasına icazə verməyib.

Strateq.az bildirir ki, bu barədə Türkiyənin Anadolu Agentliyi xəbər yayıb.

Bildirilib ki, türk polisləri bağçada olan quyuda axtarış aparmaq istəsə də, Səudiyyəli yetkililər buna rəsmən icazə verməyib.

Xatırladaq ki, dünən dünyanın məşhur mətbu orqanları jurnalistin cəsədinin konsulluğun bağçasındakı quyudan olduğunu iddia edən xəbərlər yayıblar.

Qeyd edək ki, bir neçə gün əvvəl “Röyter”ə danışan səudiyyəli yetkili Camal Xaşuqcinin ölümündən sonra onun meyitinin xalçaya bükülərək, arxa qapıdan çıxarıldığını deyib. Əlavə edib ki, onun cəsədi yerli bir adama təhvil verilib.

Dünən isə Türkiyə prezidenti Ərdoğan Səudiyyəli yetkilinin bu açıqlamasına işarə vuraraq, “Cəsəd hardadır? Həmin yerli adam kimdir? Bunu açıqlamalısınız”, – deyə Ər-Riyad rejiminə səslənib.