XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

25 Oktyabr 2018 - 13:34

Abid Şərifov Artur Rasi-zadə ilə bağlı sualdan yayınıb:"79 yaşım var və artıq yaşlı adamam"

“79 yaşım var və artıq yaşlı adamam. Səhhətimdə də heç bir problem yoxdur. Hazırda pensiyadayam. Başqa heç bir işlə də məşğul olmuram. Ancaq istirahət edirəm”.

Strateq.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında baş nazirin sabiq müavini Abid Şərifov deyib. Abid Şərifov əməkdaşımızın ona ünvanladığı “Keçmiş Baş nazir Artur Rasi-zadə ilə əlaqələriniz varmı? Sonuncu dəfə onunla nə zaman danışmısınız və ya görüşmüsünüz?” sualına isə cavab vermək istəməyib.

Baş nazirin sabiq müavini bununla bağlı heç bir suala cavab vermək istəmədiyini deyərək telefonu qapadıb.