XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

25 Oktyabr 2018 - 13:56

“Səfirə dedim ki, əgər kimsə mövcud tapşırıqlardan imtina edirsə…” –XİN rəhbərindən Fransaya etiraz

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın şəhər meri və bələdiyyə üzvlərinin Dağlıq Qarabağa qanunsuz səfər etmələrinə münasibət bildirib.

Nazir vurğulayıb ki, Fransa Xarici İşlər Nazirliyi qondarma “Dağlıq Qarabağ Respublikası”nı dövlət kimi tanımadıqlarına dair bəyanat verib.

O bildirib ki, VI Bakı Humanitar Forumu zamanı Fransanın Azərbaycandakı səfiri Orelia Buşez ilə görüşüb: “Ona da sual verdim və dedim ki, əgər kimsə mövcud tapşırıqlardan imtina edirsə, Fransa hökuməti bununla bağlı tədbir görsün. Səfir dedi ki, bu məsələ barədə ölkəsinin XİN-ə məlumat göndərəcək və lazımi cavabı Azərbaycan tərəfinə çatdıracaqlar”. 

Report