XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

25 Oktyabr 2018 - 14:45

“Boltondan Ermənistanın yeni rəhbərliyinə belə bir sual verməsini xahiş etdim: "Qarabağ münaqişəsini həll etməyə hazırdırlar, ya yox?!"

“Mən Con Boltondan Ermənistanın yeni rəhbərliyinə belə bir sual verməsini xahiş etdim: Dağlıq Qarabağ münaqişəsini həll etməyə hazırdırlar, ya yox?!”.

Bu fikirləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfərini şərh edərkən bildirib.

“Ümumilikdə, onlar nə istəyirlər? Azərbaycan və Türkiyə ilə normal münasibətlər yaratmağa, qonşuluq qurmağa hazırdırlarmı? Təbii ki, əgər hansısa ölkə, o cümlədən Ermənistan rəhbərliyi Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibəti qurmasa, onda müstəqilliyi böyük sual altına düşür. Bu, birmənalıdır”, – nazir deyib/Report.