XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

26 Oktyabr 2018 - 09:16

Putin Ağ Evə dəvət olunub –Trampın məktubunu Rusiya prezidentinə Bolton çatdırıb

ABŞ milli təhlükəsizlik müşaviri Con Bolton deyib ki, prezident Donald Trampın Rusiya liderinə 2019-cu ildə Birləşmiş Ştatlara səfər dəvətini Vladimir Putinə çatdırıb.

“Azadlıq” radiosuna müsahibəsində Bolton deyib ki, o Trampın dəvətini Putinə bu həftənin əvvəllərində Moskvaya səfəri zamanı təqdim edib.

Xatırladaq ki, Boltonun Rusiyaya səfərindən az əvvəl Tramp administrasiyası ABŞ-ın Ortamənzilli Raketlərə dair 1987-ci il Müqaviləsindən çıxmaq niyyətini bəyan etmişdi. Həmin müqavilə bağlandıqdan sonra ABŞ və SSRİ, əksəriyyəti Avropada olmaqla 2700 nüvə raketini ləğv etmişdi. Bu müqavilə Vaşinqton və Moskva arasında silahlara nəzarət sahəsində başlıca sənəd hesab olunur.

Lakin Boltonun Putinlə görüşü zamanı Suriya müharibəsi, Ukrayna münaqişəsi və Rusiyanın ABŞ-ın 2016-cı il prezident seçkisinə iddia olunan müdaxiləsi kimi başqa məsələlər də müzakirə edilib.

Yerevana səfəri əsnasında danışan Bolton jurnalistlərə deyib ki, hazırda müşavirlər Tramp və Putin arasında gələn ay Parisdə keçiriləcək görüşün detalları üzərində işləyirlər. Tramp və Putin Parisdə Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunmuş mərasimdə iştirak etməlidirlər. İki lider arasında ötən iyulda Helsinkidə keçirilmiş sammitdən sonra Trump ABŞ demokratları və respublikaçıları tərəfindən kəskin tənqid olunmuşdu.

O bu görüş zamanı Rusiyanın ABŞ seçkisinə müdaxiləsi ilə bağlı Putinin təkziblərinə inandığını demişdi. Bu mövqe ABŞ kəşfiyyat orqanlarının qiymətləndirməsi ilə ziddiyyət təşkil edirdi.

(Azadlıq radiosu)