XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

26 Oktyabr 2018 - 14:58

Gürcüstanın xarici işlər naziri:“Boltonla işğal altında olan ərazilərimizi müzakirə etdik”

 “ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ilə çox maraqlı və məhsuldar görüşümüz oldu. Biz ABŞ-Gürcüstan strateji əməkdaşlığı da daxil olmaqla bütün aktual məsələləri nəzərdən keçirdik.

Bu sözləri Gürcüstanın xarici işlər naziri David Zalkaliani Con Bolton ilə görüşdən sonra keçirdiyi brifinqdə söyləyib.

Nazir deyib ki, görüşdə qlobal və regional təhlükəsizlik, sülhə, təhlükəsizliyə təhdidlər və s. məsələlər diqqət mərkəzində olub. Həmçinin işğal altında olan ərazilərdəki vəziyyətə dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, təhlükəsizliyin təmin olunmasında ABŞ-ın köməyi vacibdir.

Nazirin sözlərinə görə, söhbət zamanı iki ölkə arasında iqtisadi əlaqələr, azad ticarət zonasının yaradılması və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb/Azərtac.