XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

27 Oktyabr 2018 - 20:17

Ərdoğandan partiyadaşlarına sosial şəbəkələrdəki “atışma”larla bağlı sərt xəbərdarlıq:"Artıq "tvit"lərə müdaxilə etməkdən bezdim..."

AKP-nin genişləndirilmiş şəhər təşkilatı rəhbərləri ilə keçirilən toplantının mətbuata qapalı hissəsində partiyanın sədri, prezident Ərdoğan partiyadaşlarının sosial şəbəkədəki “atışmaları”na kəskin etirazını bildirib.

Strateq.az “Haberlər.com”a istinadən xəbər verir ki, qapalı toplantıda Ərdoğan “Twitter”də  bir-biri ilə “atışan” silahdaşlarına sərt xəbərdarlıq edib: “Mən artıq “tvit”lərə müdaxilə etməkdən bezdim. Bu üzdən qəzetlərə manşet oluruq. Biz başqa iş qalmamış kimi, bunlarla məşğul oluruq. “Twitter”dəki paylaşmalarınıza, açıqlamalarınıza diqqət edin.  Mübahisələrdən uzaq durun”.

Xatırladaq ki, AKP sədrinin müavini Hayati Yazıçı TV-lərin birində Ankara şəhər bələdiyyəsinin sabiq sədri Melih Gökçəyin bələdiyyə seçkilərində MHP-nin namizəd olacağı haqda yayılan xəbərə “Gökçək bələdiyyə sədrindən uzaqlaşdırılmış biridir. Bundan kənar şərh verməyəcəm. Mənim gündəmimdə elə bir mövzu yoxdur”, – deyə cavab sabiq bələdiyyə sədrinin səbrini daşırıb.

Melih Gökçək  bu açıqlamadan sonra “Twitter”də AKP sədrinin müavinini “Hadi, igidsən davam elə… Səbrimi daşırma… Vallahi tozunu ataram”, – deyə sərt dillə hədələyib.

Bundan sonra hər iki tərəfin tərəfdarları olan AKP-çilər bir-birinin ünvanına ağır ittihamlar səsləndiriblər.

Sosial şəbəkədə AKP-çilərin belə “ağır mübahisə”si yeganə deyil.

Belə ki, bir neçə gün əvvəl  AKP-nin sabiq deputatı Mehmet Metiner Türkiyə parlamentinin keçmiş sədri Bülent Arınçın deputat oğlu ilə hava limanında mübahisə edib. Daha sonra o, “Twitter”də  Arınçın oğlu haqda “Bu tərbiyyəsizliyin bir əvəzi olmayacaqsa, biz öz hüququmuzu qorumağı bilirik” yazsa da, sonradan bu “tviti”ni bilinməyən səbəbdən pozub.

Türkiyə mətbuatı iddia edir ki, Ərdoğan məhz bu “atışmaları” nəzərdə tutaraq, partiyadaşlarına “barmaq silkələyib”.