Xəbər verdiyimiz kimi, bu gün İstanbulda Rusiya, Türkiyə, Almaniya və Fransa liderlərinin iştirakı ilə Suriya zirvəsi keçirilib.
Strateq.az xəbər verir ki, bir saatdan çox davam edən zirvənin sonunda Ərdoğan, Putin, Makron və Merkel birgə mətbuat konfransı keçirib, mühüm açıqlamalar veriblər.
İlk olaraq söz alan Türkiyə Prezidenti Ərdoğan deyib ki, zirvənin keçirilməsində əsas məqsəd Suriyada ataşəkəsin, axan qanın dayandırılmasına nail olmaqdır: “Bu gün Suriyanın ərazi bütövlüyünə, İdlib razılaşmasına olan sadiqliyimizi bir daha təsdiqlədik. Həmçinin ilin sonuna kimi Suriyada Konstitusiya Komitəsinin yaradılmasını, suriyalı qaçqınların evlərinə qayıtmasını müzakirə etdik. Beynəlxalq toplum artıq biganəliyə son verib, bu problemə ciddi diqqət ayırmalıdır. Suriyada böhranın həll yolu BMT-nin fəaliyyətindən keçir. Suriyada Konstitusiya Komitəsi bu ilin sonuna qədər tam formalaşmalı və orada demokratik seçkilər keçirilməlidir. Əks halda Suriyadakı vəziyyət daha da pisləşəcək…”.
Strateq.az 4 ölkə liderinin birgə mətbuat konfransının videosunu tam şəkildə təqdim edir: