XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 October 2018 - 09:32

Gürcüstanda hansı namizəd nə qədər səs alıb? –Azərbaycanlıların böyük əksəriyyəti müxalifətə səs verib

Gürcüstanda səslərin 100 faizə yaxını sayılıb. Politoloq Şahin Cəfərli nəticləri sosial şəbəkədəki hesabında paylaşıb.

Strateq. az həmin materialı oxuculara təqdim edir:

Salome Zurabişvili – 38,66%
Qriqol Vaşadze – 37,7%
David Bakradze – 10,97%.
Şalva Natelaşvili – 3,76%
David Usupaşvili – 2,26%
Zurab Caparidze – 2,26%
Kaxa Kukava – 1,33%.

Zurabişvili ilə Vaşadze arasında cəmi 15 min səs fərqi var.

Soydaşlarımız yaşayan rayonlarda iqtidar və müxalifətin (cəm şəkildə) nəticələri belə olub:

Qardabani: müxalifət – 60%, iqtidar – 40%;

Marneuli: müxalifət – 52%, iqtidar – 48%;

Dmanisi: müxalifət – 52%, iqtidar – 48%;

Bolnisi: iqtidar – 59%, müxalifət – 41%.

Kutaisi, Rustavi, Batumi, Poti, Zuqdidi kimi önəmli şəhərlərdə Vaşadze qalib gəlib. Tiflisin 5 dairəsində Vaşadze, 5 dairəsində Zurabişvili qələbə qazanıb, amma ümumilikdə müxalifət yüksək nəticə göstərib.