XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

29 Oktyabr 2018 - 11:47

Saakaşvili müxalifətə səs vermiş azərbaycanlılara təşəkkür etdi:“Sizə halal olsun, çox sağ olun” (VİDEO)

Gürcüstanda keçirilən Prezident seçkilərində fəallıq nümayiş etdirdiyinə görə eks-prezident Mixail Saakaşvili azərbaycanlılara təşəkkür edib.

Azərbaycanlıların yaşadığı Qardabani rayonunun Birlik kəndinin səsvermədəki nəticələrini oxuyan Saakaşvili müxalifət blokunun daha çox səs topladığını öyrəndikdən sonra Azərbaycan dilində onlara təşəkkür edib:

“Heç azərbaycanlıların yaşadığı Birlik Kəndindən məlumatım yoxdur. Nə baş verir? Yoxsa yenə onları sıxışdırırlarmı?Azərbaycanlılara halaldır. Azərbaycan, çox sağ ol! Sizlər dostumsunuz”.

Unikal.org