XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

30 Oktyabr 2018 - 11:54

Bakı Şəhər İcra Hakimiyyəti:"Yoxlamalar bütün strukturlarda davam edir"

Oktyabrın 1-dən Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) inventarlaşdırma işlərinin aparılması ilə bağlı yaradılan komissiya öz işini davam etdirir.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, “Bakılifttəmir” İstehsalat Birliyində aparılan yoxlamalarla bağlı isə istintaq davam edir: “Yoxlamalar İcra Hakimiyyətinin bütün strukturlarında, o cümlədən “Bakılifttəmir” İstehsalat Birliyində aparılır.Hazırda “Bakılifttəmir” İstehsalat Birliyində yoxlamalarla bağlı açılan cinayət işinin istintaqı da davam etdirilir. Proseslərin yekunu barədə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, “Bakılifttəmir” İstehsalat Birliyilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə – xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri iləcinayət işi başlanıb. Həmçinin, birliyin keçmiş baş direktoru Qqdrət Şükürova əlavə olaraq, Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Onu da qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH)başçısı səlahiyyətlərini icra edən müavin Eldar Əzizov “Bakılifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovu vəzifəsindən azad edib.