XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

30 Oktyabr 2018 - 15:55

Prezident Səbail rayonuna yeni icra başçısı təyin etdi –Yeni başçı kimdir? + FOTO

Prezident İlham Əliyev bu gün sərəncam verib.

Strateq.az bildirir ki, sərəncama əsasən Vüqar Teyyub oğlu Zeynalov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Xatırladaq ki, yeni icra başçısı bu təyinata qədər Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi işləyib.

O, müxtəlif dövrlər ərzində özəl şirkətdə hüquqşünas, AMEA-nın “Akademiya” və Azərbaycan Diplomatiya Akademiyasının Kitab Mərkəzində direktor vəzifəsində çalışıb. V.Zeynalov daha sonra Nizami Kino Mərkəzinin direktoru olub.

2015-ci ilin 28 dekabr tarixindən bu günə qədər isə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsini icra edib.

Ailəlidir, bir övladı var.