XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 October 2018 - 16:50

Jurnalist, şöbə müdiri, nazirin müşaviri…-Şamaxının yeni icra başçısı kimdir? + FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Tahir Nadir oğlu Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.

Strateq.az Axar.az-a istinadən xəbər verir ki, T.Məmmədov Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bu ilin mart ayında isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Tahir Məmmədovu özünə yeni müşavir təyin etmişdi.

Bundan öncə T.Məmmədov İctimai Televiziyada müxtəlif vəzifələrdə çalışıb.

Xatırladaq ki, Prezidentin sərəncamı bu gün Asif Əzizağa oğlu Ağayev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Beyləqan rayonuna başçı təyin edilib.