XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 October 2018 - 18:02

HÖKUMƏTDƏ KADR DƏYİŞİKLİKLƏRİ DAVAM EDİR –Baş nazir daha 3 nəfəri vəzifədən uzaqlaşdırdı

Nazirlər Kabinetinin bir şöbə müdiri və iki şöbə müdirinin müavini işdən çıxarılıb.

Belə ki, Baş nazir Novruz Məmmədovun qərarı ilə Nazirlər Kabinetinin Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Şahin Salahov yaş həddi ilə əlaqədar vəzifədən azad olunub.

Bundan başqa, Nazirlər Kabinetinin Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdir müavini Nail Sadıqov vəzifəsindən azad edilib. O, dövlət qulluğunda işləmənənin son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.

Nazirlər Kabinetinin Hüquq şöbəsinin müdir müavini Səriyyə Əzimova isə öz ərizəsi əsasında işdən çıxarılıb/Report.