İstanbul Baş Prokurorluğu jurnalist Camal Xaşuqcinin dəhşətli qətli ilə bağlı rəsmi açıqlama yayıb.
Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, rəsmi məlumata görə, Xaşuqci qabaqcadan planlaşdırılmış cinayət əsasında İstanbulda Baş Konsulluğun binasına daxil olan kimi boğularaq öldürülüb: “Daha sonra cəsədi hissələrə ayrılaraq, yox edilib”.
Prokurorluq onu da bildirib ki, qətl işi Səudiyyə Ərəbistanından dəvət olunan istinaq qrupu ilə birgə araşdırılır.