XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

27 Aprel 2015 - 05:00

“Məcburam…” – Sabiq deputatla baş redaktorların davası qızışdı – ÖZƏL

Milli Şuranın üzvü, sabiq millət vəkili Gültəkin Hacıbəylinin “Yurd TV”, “Palitra”, “Kaspi” qəzetləri, teleqraf.com, sia.az saytlarının əməkdaşlarına qarşı xüsusi ittiham qaydasında irəli sürdüyü tələblərlə bağlı məhkəmə çəkişməsinin «ikinci raundu» başlayıb.

Strateq.az xəbər verir ki, keçmiş deputat Yasamal rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verib və artıq bu şikayət Bakı Apellyasiya Məhkəməsində iki dəfə müzakirə edildikdən sonra baxışa təyin olunub:

«Milli Şuranın üzvü, sabiq millət vəkili Gültəkin Hacıbəyli fəaliyyəti dayandırılmış “Yurd TV ilə yanaşı, “Palitra” və “Kaspi” qəzetlərinin, teleqraf.com, sia.az saytlarının baş redaktorları və əməkdaşlarını Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri üzrə təqsirli bilinərək cəzalandırılmaları barədə xüsusi ittiham qaydasında məhkəməyə verib. Səbəb isə keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin mətbuat konfransında haqqında səsləndirdiyi fikirlərin həmin mediada yayılmasıdır. Sözügedən mətbu orqanları və əməkdaşları – Bəhruz Quliyev, Elvin Abdulqədirov, Namiq Əliyev, Söhrab İsmayılov, Aynur Camalqızı, Elman Vəliyev, Natiq Məmmədov və Rufik İsmayılova qarşı iddia tələbləri isə Yasamal Rayon Məhkəməsinin hakimi Aqşin Əfəndiyev tərəfindən qəbul olunmayıb. Sabiq deputat isə bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Bu arada jurnalistlər də boş dayanmayıblar. Onlar da şikayətin icraata qəbul edilməsindən imtina olunmaması haqda qarşılıqlı şikayət veriblər. Hər iki şikayətlər sözügedən məhkəmədə hakim Mirpaşa Hüseynovun sədrliyi ilə iki dəfə müzakirədən sonra baxışa qəbul olunub».

Strateq.az xəbər verir ki, aprelin 22-də hakim Mirpaşa Hüseynov şikayət üzrə iclas saatı təyin edib. Lakin həmin günü deyil, aprelin 24-dəki iclasda sabiq deputatın şikayətinin baxışa qəbul edilməsi haqda qərar qəbul edib: «Həmin günü hakim növbəti prosesin də vaxtını elan edib. Məhkəmə mayın 6-da davam etdiriləcək».

Strateq.az xəbər verir ki, Gültəkin Hacıbəyli jurnalistləri məhkəməyə verməkdə maraqlı olmadığını deyib. O, bu addımı məcburiyyət qarşısında atdığını da sözlərinə əlavə edib: «Mən, Mahmud Mehdiyevi mətbuat konfransında haqqımda səsləndirdiyi fikirlərə görə məhkəməyə vermişdim. Amma Mahmud Mehdiyev məhkəmədə mətbuat konfransında söylədiyi fikirləri təkzib etdi və jurnalistlərin onun dediklərini təhrif etdiyini bildirdi. Hakim də bunu nəzərə alaraq çox absurd şəkildə ona bəraət hökmü çıxarıb. Hökmdə bildirilib ki, ifadələr Mahmud Mehdiyevə məxsus deyil, müəlliflər jurnalistlərdir. Bununla məsuliyyət Mehdiyevin üzərindən götürülərək jurnalistlərin üzərinə qoyulub. Əlbəttə, mən də həmin ifadələrin müəllifinin Mahmud Mehdiyev olduğunu bilirəm. Azərbaycan məhkəmələrindn müsbət nəsə gözləmirəm, ancaq Mahmud Mehdiyevlə bağlı absurd hökmün saxta olmasını sübut etmək üçün məcbur olub, jurnalistlərə qarşı iddia qaldırmışam».

Baş redaktorlar isə Gültəkin Hacıbəyli haqqında rəhbərlik etdikləri mətbu orqanda yazılan fikirlərin Mahmud Mehdiyevin mətbuat konfransında səsləndirdiyini əsas gətirərək, hər hansı bir məsuliyyət daşımadıqlarını bildirirlər.

Strateq.az