XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2018 - 15:31

Rəsmi Ankaradan jurnalistin qətli ilə bağlı Ər-Riyada ittiham:"Bu cinayət ört-basdır ediləcək məsələ deyil"

“Səudiyyə Ərəbistanının məsul şəxsləri Camal Xaşuqcinin öldürülməsi ilə bağlı cinayət işinin istintaqına dəstək vermir”.

Bunu Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül bildirib.

“Heç kim məsuliyyətdən qaça bilməz. Bu, bütün dünyaya məlum olan məsələdir. Bu cinayət ört-basdır edilə biləcək bir məsələ deyil. Bütün hadisələrin aydınlaşması üçün Səudiyyə Ərəbistanının məsul şəxslərinin əməkdaşlıq edəcəyini gözləyirik. Türkiyənin Baş Prokurorluğunun bu məsələ ilə bağlı Səudiyyə Ərəbistanına yazılı müraciət etməsinə baxmayaraq, heç bir cavab almayıb”, – deyə nazir vurğulayıb/Report.

Qeyd edək ki, C.Xaşuqci oktyabrın 2-də Baş Konsullğun binasında öldürülüb. Əvvəlcədən tərtib olunan plana əsasən, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olan kimi boğularaq öldürülüb və meyiti daha  sonra parçalara ayrılaraq yox edilib.  Ancaq hələ də onun meyiti və ya qalıqlarının hardaa olduğu açıqlanmayıb.