XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Noyabr 2018 - 20:08

ABŞ qərarını açıqladı –Azərbaycan İrana qarşı sanksiya siyahısında olmayacaq

 ABŞ-ın İrana qarşı sanksiyalarında istisnalar Avropa və Türkiyənin Rusiya ilə İrandan enerji asılılığının qarşısını alan layihələr üçün ediləcək.

FED.az-ın məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin müvafiq sənədində bildirilir.

Sözügedən sanksiyalar noyabrın 5-də qüvvəyə minəcək.

Bildirilir ki, sanksiyalar Azərbaycandan Türkiyə və Avropaya təbii qazın nəqli üçün boru xətlərinin inşası və istismarı layihəsi ilə bağlı istənilən subyektə, o cümlədən Türkiyə və Avropa ölkələrinin Rusiya və İrandan enerji asılılığının qarşısını alan layihələrə şamil olunmayacaq.