XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

16 Fevral 2016 - 20:17

Türk qəzetindən sensasiyalı xəbər:Moskvanın İŞİD-lə birgə qaz biznesi var

zavod rus

 

 

"Rusiyalı mühəndislər nə üçün İŞİD-in nəzarət etdiyi qaz zavodunda işləyirlər?"

"Sabah" qəzetinin Vaşinqton müxbiri Raqip Soylu ilə bu başlıqlı məqaləni Foreign Policy dərgisində dərc etdirdik.

Bu məqalə Habertürk kanalında hazırlanmış “Burada və indi” proqramı üçün hazırladığımız dosyanın genişləndirilmiş versiyası idi. Proqramın baş redaktoru Yıldıray Oğurdur.

Rusiya iddia edir ki, Suriyada İŞİD-lə vuruşur, bununla belə Suriya rejimi və İŞİD-lə şərikli qaz biznesi Rusiya rəhbərliyinin Surya böhranındakı mövqeyi ilə bağlı xeyli suallar doğurur.

Bizdəki məlumat göstərir ki, Suriyada guya İŞİD-ə qarşı əməliyyat aparan Rusiya Tuveynan rayonunda terroçularla əməkdaşlıq edir. Bu rayon Rakkadan 90 km cənubda yerləşir. Burada Suriyanın ən böyük qaz emalı zavodu yerləşir.

İŞİD-in 2014-cü ilin əvvəlində ələ keçirdiyi qaz zavodunda Rusiya prezidenti Vladimir Putinin məşhur yaxın tanışı Gennadi Timçenkonun sahibi olduğu “Stroytransqaz” şirkəti Hesco şirkətininn vasitəçiliyi ilə inşaat fəaliyyətini təzələyib.

İŞİD-ə qədər Rakkaya nəzarət etmiş müxalif qrupun üzvləri bildirirlər ki, rusiyalı mühəndislər zavoda qayıdıblar. Bunu türk məmurlar da təsdiqləyirlər. Zavodun inşası Əsəd rejimi ilə “Stroytransqaz” arasında 2007-ci ildə bağlanmış müqavilədə nəzərdə tutulduğu kimi 2010-cu ildən başlanıb.

Suriya müxalifəti 2013-cü ildə bu bölgəni tutana qədər Tuveynanda inşaat işləri davam etdi. Ərazi müxalifətin nəzarətinə keçən kimi, rusiyalı mühəndislər zavodu tərk etdilər. Lakin rayona İŞİD nəzarət etməyə başlayarkən qayıtdılar.

ABŞ Maliyyə Nazirliyinin terrorizmə dəstəyə görə sanksiya siyahısına saldığı "Hesco" şirkətinin sahibi Corc Hesvani Suriya rejimi, İŞİD və Rusiya arasındakı qaz razılaşmasında əlaqələndirici bənd rolunu oynayır. Bu razılaşmaya əsasən, obyektdə istehsal edilmiş qazdan həm İŞİD, həm Suriya rejimi, həm də Rusiya istifadə edir. Bu zavodda təkrar emal edilmiş qaz yenə də İŞİD-in nəzarət etdiyi elektrik stansiyasına aparılır. Əsəd rejimi və İŞİD istehsal edilmiş qaz və elektriki öz aralarında bölür.

Ankarada yüksək vəzifəli məmurların məlumat verdiyi kimi, Rusiyanın “Stroytransqaz” şirkəti bu biznesə görə Həsvaninin başçılıq etdiyi Hesco şirkətinin vasitəçiliyi ilə İŞİD-ə ayda 15 milyon Suriya lirəsi ödəyir.

Zavodu İŞİD qoruyr. Bu informasiya indiki anda İŞİD-lə mübarizə bəhanəsilə Suriyanı bombalayan Rusiyanın bu təşkilatla əlaqələrini daha konkret şəkildə sübut edir.

Güman etmək çətin deyil ki, sonradan əməkdaşlığın digər oxşar formaları üzə çıxa bilər…

Ceren Kenar

 “Turkiye gazetesi” (Türkiyə), 16.02.2016