XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2018 - 21:38

Ərdoğan Poroşenko ilə 1.5 saatlıq təkbətək görüşdən sonra:“Krımın ilhaqını tanımırıq və tanımayacağıq"

Bu gün Ukrayna Prezidenti Pyotr Poroşenko Türkiyəyə səfər edib.

Strateq.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla 1.5 saat çəkən təkbətək görüşdən sonra tərəflər mətbuat konfransı keçiriblər.

Mətbuat konfransında çıxış edən Ərdoğan Rusiyanın Krımı işğal etməsinin qəbuledilməz olduğunu bəyan edib: “Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün və siyasi birliyinin qorunmasına dair mövqeyimizi güclü bir şəkildə yenidən bildirdik. Krımın qanunsuz ilhaqını tanımırıq və tanımayacağıq. Ölkəmiz istər Krımda yaşayan, istərsə də işğaldan sonra Krımdan köç etmək məcburiyyətində qalan Krım tatarlarının hüquqlarını qorumağa davam edəcək”.

Ərdoğan, həmçinin iki dövlət arasındakı azad ticarətlə bağlı anlaşmanın bu ilin sonuna qədər imzalanacağını bildirib.