XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2018 - 11:56

Türkiyə F-4 və F-16-ları satışa çıxaracaq –ABŞ F-35-ləri göndərir

“Əgər ortaya ciddi problemlər çıxmasa, ABŞ 2019-cu ilin sentyabr ayında F-35-lərin ilk partiyasını Türkiyəyə göndərəcək”.

Strateq.az Türkiyənin “Milliyet” qəzetinə istinadən bildirir ki, ABŞ pulu əvvəlcədən ödənilmiş 117 F-35 qırıcı təyyarələrinin ikisini qeyd edilən tarixdə göndərməyi planlaşdırıb: “2023-ə kimi isə ABŞ geridə qalan 115 F-35 təyyarələrini mərhələlərlə göndərəcək. Bununla da Türkiyə silahlı qüvvələri mərhələlərlə istifadəsində olan F-4 və  F-16-ları silahlanma siyahısından çıxaracaq”.

Qəzet bildirir ki, 2023-də Türkiyə ordusunun sərəncamında nə F-4, nə də F-16 olacaq: “Türk ordusunun hava məkanındakı gücü F-35-lərlə yanaşı, yerli istehsal olan “TF-X”lərlə təmin olunacaq”.

Mətbuat onu da bildirib ki, Türkiyə F-4 və F-16-ları 3-cü dünya ölkələrinə satacaq.