XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2018 - 16:31

Ruhani ABŞ-ın sanksiya qərarına meydan oxudu:"Bu sanksiyanı dəlib, keçəcəyik"

Xəbər verdiyimiz kimi, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar qüvvəyə minib.

Strateq.az bildirir ki, bununla bağlı ABŞ-dan verilən rəsmi bəyanata görə, sanksiya İranın neft satışı ilə yanaşı, bütün enerji sektorunu, həmçinin, bankçılıq və gəmiçilik sahələrini də əhatə edəcək.

Onu da qeyd edık ki, bu sanksiya siyahısından yalnız 8 ölkənin kənarda saxlanılacağı bildirilib. Yəni bu 8 ölkənin İranla ticarətinə sərbəstlik tanınacaq. Həmin ölkələrin adları isə Bakı vaxtı ilə bu gün  saat 17.00-da açıqlanacaq.

Bu arada isə İran prezidenti Ruhani bəyanat verib. O, sanksiyadan çəkinmədiklərini bildirib. Əlavə edib ki, qadağalara baxmayaraq, İran neft satışını həyata keçirəcək: “Bu bu sanksiyanı dəlib, keçəcəyik”.