Bu gün ABŞ dövlət katibi Mayk Pompeo və maliyyə naziri Stiven Mnuçin İrana qarşı yeni sanksiyalara dair mətbuat konfransı keçiriblər.
Strateq.az xəbər verir ki, Pompeo, Tehranın 12 tələb əsasında siyasi davranışını dəyişmədiyi halda, ABŞ-ın İrana təzyiqini davam edəcəyini bildirib.
Dövlət katibinin sözlərinə görə, Tramp administrasiyası iqtidara gələndən İslam Respublikasına qarşı 19 növ sanksiya tətbiq edib ki, bu da 168 hüquqi və hüquqi şəxsi əhatə edir. O, həmçinin bildirib ki, ABŞ-ın may ayından etibarən İran əleyhinə yeni strategiyayaı başlayandan bəri təxminən 100 şirkət İranla ticarəti davam etməkdən vaz keçib.
ABŞ dövlət katibi 20 ölkənin İrandan neft alışını azaltdığını iddia edərək, 1 milyon bareldən çox İran neftinin ixracdan kənarda qaldığını və may ayından bu yana Tehranın 2,5 milyard dollarlıq neft gəlirini itirdiyini qeyd edib.
O, xarici şirkətləri təhdid edərək bildirib ki, İranla ticarətin davam etdirənlər ağır iqtisadi cəzalara məruz qalacaq.
Pompeo, həmçinin neft sanksiyalarından azad olan ölkələrin adlarını açıqlayıb. Onun sözlərinə görə, siyahıdakı ölkələr arasında Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyə var.
Birləşmiş Ştatların maliyyə naziri sanksiyaların detallarını açıqlayıb və ümumən 700-dən çox adamın, şirkətin və təşkilatın boykot edildiyini söyləyib.
Mnuçin misilsiz iqtisadi strategiyanın bir hissəsi olaraq sanksiyaları İranın dəstəklədiyi terrorizm əleyhinə ən böyük töhfə adlandırıb.