XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2018 - 11:15

Trampdan İrana qarşı sanksiya haqda daha bir bəyanat:"Neftin qiymətinin artmasını istəmirəm"

“Sanksiya məsələsində bir qədər daha yavaş getmək istəyirəm. Dünyada neftin qiymətinin artmasını istəmirəm”.

Bu barədə ABŞ prezidenti Donald Tramp İrana qarşı tətbiq edilən sanksiyalar barədə danışarkən bildirib.

ABŞ dövlət katibi Mayk Pompeo isə Tvitterdə ərəbcə açıqlama yayaraq 40 ildir İran xalqının aclıqdan, korrupsiyadan əziyyət çəkdiyini bildirib: “İran rejiminin iddialarının əksinə olaraq sanksiyalar qida, kənd təsərrüfatı məhsulları və tibbi ləvazimatlara şamil edilmir”.

Qeyd edək ki, noybrın 5-də İrana qarşı bərpa edilən sanksiyalar enerji, maliyyə, gəmiçilik sektorlarını əhatə edir/Teleqraf.com.