XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Noyabr 2018 - 14:45

İran XİN başçısı ABŞ-ı ələ saldı:"Sanksiya siyahısına bağlanmış bir bank və batmış tankeri də daxil ediblər"

“ABŞ-ın İrana qarşı sanksiyaları bağlanmış bir banka və batmış tankerə də şamil olunub”.

Bunu İranın xarici işlər naziri Cavad Zərif “Twitter”də yazıb.

“Sanksiya siyahısına daha çox İran şirkətlərini salmaq üçün çılğınlığa qapılan ABŞ altı il əvvəl bağlanmış banka və ötən il qəzası geniş şəkildə televiziyalar tərəfindən xəbər edilmiş gəmiyə qarşı da sanksiya tətbiq edib”, –  nazir vurğulayıb.

Qeyd edək ki, sanksiya siyahısına salındığı bildirilən İranın “Sançi” tankeri bu il yanvar ayında Çin sahilləri yaxınlığında Honqkonqa məxsus quru yük gəmisi ilə toqquşmuş, bir həftə yanmış, daha sonra batmışdı. Həmçinin İranın “Tatbank” adlı bankı da 2012-ci ilin sentyabr ayında bağlanmışdı/Report.