XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2018 - 16:42

Fransa prezidentinə sui-qəsd cəhdi –6 nəfər tutuldu

Fransa Prezidenti Emmanuel Makrona qarşı sui-qəsd törətməyi planlaşdıran 6 nəfər tutulub.

Məlumatı Fransanın Təhlükəsizlik üzrə Baş İdarəsi yayıb.

Sui-qəsdi radikal qüvvələrin tərəfdarlarının planlaşdırdığı ehtimal olunur. Onların tutulması üçün Fransanın İzer, İl və Vilen, Mozel rayonlarında əməliyyat keçirilib.

Paris prokurorluğu faktla bağlı araşdırmalara başlayıb. Saxlanılan şəxslər cinayətkar qruplaşma yaratmaqda şübhəli bilinirlər/Report.