XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2018 - 17:11

ƏƏSMN-dən vəzifədən çıxarılan xidmət rəisinə yüksək vəzifə verildi –General Səlim Müslümovun qohumunu idarə rəisi təyin etdi

Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinə yeni rəis təyin edilib.

Strateq.az unikal.org-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin müvafiq əmri ilə Fuad Əlizadə Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

O, eyni zamanda, polkovnik-leytenant rütbəsi alıb.

Xəbəri komitədən təsdiqləyiblər.

Xatırladaq ki, Fuad Əlizadə buna qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsində çalışıb. Bu ilin avqust ayında nazir Sahil Babayevin müvafiq əmri ilə vəzifəsindən azad olunub.

Mia.az saytının məlumatına görə, o, həm də keçmiş nazir Səlim Müslümovun dayısının kürəkənidir.

Onu da qeyd edək ki, Səlim Müslümov 2000-ci ildən 2002-ci ilin mart ayına qədər, yəni DSMF sədri təyin olunduğu günə qədər DGK-da sədr müavini işləyib.