XƏBƏR LENTİ

20 Yanvar 2021

Digər Xəbərlər

11 Noyabr 2018 - 13:20

Tramp-Ərdoğan görüşü haqda Ağ Evdən bəyanat:"Camal Xaşuqcinin qətli müzakirə edilib" - VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdə ABŞ prezidenti Donald Trampla görüşüb.

Strateq.az  xəbər verir ki,  Fransa prezidenti Emmanuel Makron adından Parisdə verilən rəsmi ziyafətdə baş tutan görüşlə bağlı Ağ Ev açıqlama ilə çıxış edib.

Açıqlamada bildirilir ki, Tramp Ərdoğanla əsasən Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilən və hələ də cəsədi üzə çıxarılmayan jurnalist Camal Xaşuqci ilə bağlı aparılan istintaq ətrafında müzakirə aparıb.

Ankaradan isə görüşlə bağlı hələ rəsmi mövqe bildirilməyib.