ABŞ Prezidenti Donald Trampı Parisdə qarşılayan Fransa prezidenti Emmanuel Makron jurnalistlərin qarşısında pərt vəziyyətə düşüb.
Strateq.az xəbər verir ki, Yenisey sarayında görüşə gələn Trampın önünə çıxan Makron onunla jurnalistlərin qarşısında bir neçə dəfə əl sıxışıb, salamlaşmaq istəsə də, ABŞ prezidentinin bundan yayınması və soyuq davranışı diqqətdən qaçmayıb.
Pərt vəziyyətdən çıxmaq üçün Makron daha sonra Trampın qoluna əli ilə toxunaraq, onu saraya dəvət edib.
Diqqətçəkən məqam odur ki, sarayda iktərəfli görüşdə də Trampın soyuq davranışı davam edib. Makron burada da bir neçə dəfə Trampla əl sıxışıb, isti münasibətləri göstərmək istəsə də, Tramp onun səmimi jestlərinə reaksiya verməyib.
Bəzi mütəxəssislər iddia edir ki, Trampın belə soyuq davranışı görüşdən əvvəl Makronun “Avropanın ABŞ, Rusiya və Çindən qorunmaq üçün özünün güclü ordusu olmalıdır” bəyanatından qaynaqlanır.
Həmin anların əks olunduğu videonu təqdim edirik: