XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2018 - 15:52

“Kanada kəşfiyyatı Camal Xaşuqcinin qətli ilə bağlı səs yazısını dinləyib” –Baş nazirdən Ər-Riyad rejiminə qarşı bəyanat

“Mən deyil, ancaq Kanada kəşfiyyatı Camal Xaşuqcinin qətli ilə bağlı səs yazısını dinləyib”.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, bu sözləri Kanadanın Baş naziri Jastin Trüdo deyib.

O bildirib ki, Kanada kəşfiyyatı jurnalistin qətli ilə bağlı səs yazısını dinlədikdən sonra onu məlumatlandırıblar: “Kanada kəşfiyyatı bu cinayətlə bağlı Türkiyə kəşfiyyatı ilə çox yaxın işləyir. Kanada Türkiyənin əlindəki informasiyalarla bağlı məlumatlandırılıb. Bir neçə həftə əvvəl Ərdoğanla danışdım. Parisdə də qısa söhbətimiz oldu. Ona Xaşuqci məsələsində verdiyi geniş və güclü izahlara görə təşəkkür elədim”.

Baş nazir deyib ki, jurnalistin qətli ilə bağlı ortaq fikirə sahib müttəfiqləri ilə birlikdə Səudiyyə Ərəbistanına qarşı birgə hərəkət edəcəklər.