XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Noyabr 2018 - 18:08

Prezident Norveçdəki səfiri geri çağırdı-Bakıdan Oslonun qərarına adekvat cavab

Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Norveç hökuməti Azərbaycandakı səfirliyinin bağlanması barədə qərar qəbul edib.

Bu barədə Norveç Xarici İşlər Nazirliyi məlumat yayıb.

Norveç xarici işlər naziri Eriksen Soreyden bildirib ki, iki ölkə arasında münasibətlər Norveçin Türkiyədəki səfirliyi vasitəsilə həyata keçiriləcək. Bakıda baş konsulluq fəaliyyət göstərəcək. Bununla belə, Oslo Gürcüstanda səfirlik açılması barədə qərar qəbul edib. Bu qərarı şərh edən Soreyde bildirib ki, “Gürcüstan Cənubi Qafqazda Norveçin əsas tərəfdaşıdır”.

Rəsmi Bakının səfir Adış Məmmədovun geri çağırmasını Norveç Krallığının qəbul etdiyi sözügedən qərara cavab kimi qiymətləndirilə bilər.

Xatırladaq ki, bu gün Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev mətbuata açılqlamasında  Norveçin Azərbaycanda səfirliyini bağlamasına kifayət qədər sərt münasibət açıqlayıb. O bildirib

Bu məsələyə xüsusi bir əhəmiyyət verməyə lüzum görmürük. Hər bir ölkə öz xarici siyasətini müəyyən edərkən səfirlik və ya digər statuslu diplomatik nümayəndəliyin açılması və ya bağlanması barədə qərar qəbul edir. Norveçin Bakıda akkreditə olunmuş səfirliyinin fəaliyyətini dayandırması Norveç hökumətinin öz işidir. Bu, sıradan olan adi bir haldır və bizdə hər hansı təəssüf doğurmur”.

Strateq.az