XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 November 2018 - 11:55

Ermənistanın müdafiə naziri:"Azərbaycanla rabitə əlaqəsi qurulub, səmərəli şəkildə işləyir"

Cəbhə xəttində baş verən proseslərlə bağlı Ermənistan və Azərbaycan arasında rabitə əlaqəsi qurulub.

Bunu jurnalistlərə açıqlamasında Ermənistan Müdafiə naziri David Tonoyan deyib.

O, cəbhə xəttində baş verənlərlə bağlı hər iki tərəfin informasiyalarla təmin edilməsi üçün məsul şəxslər təyin olunduğunu, rabitə əlaqəsinin kommunikasiya vasitəsilə həyata keçirildiyini qeyd edib: “Bu ünsiyyət səmərəli şəkildə işləyir”.

Tonoyan bildirib ki, bu, hadisələrin riskini azaltmaq vasitəsidir/Teleqraf.com.