XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2018 - 16:19

Spikerdən köklü islahatlar anonsu:"Ölkə prezidenti parlamentə təqdimat göndərib"

«2018-ci ilin 9 ayında bütün makroiqtisadi göstəricilər üzrə artım müşahidə edilib. Valyuta ehtiyatlarımız 3 milyard dollar artaraq 45 milyard dollara çatıb».

Milli Məclisin sədri Oqtay Əsədov bunu noyabrın 13-də parlamentdə 2019-cu ilin büdcəsinin müzakirəsi zamanı söyləyib. Parlamentin sədri əhalinin gəlirlərinin inflyasiyanı üstələdiyini vurğulayıb.

«2019-cu ilin dövlət büdcəsi sosial yönümlülüyünü qoruyacaq. Büdcə xərclərinin 32 faizini sosialyönümlü xərclər təşkil edir. Diqqət çəkən məqamlardan biri də əhalinin sağlamlığının qorunması üçün ayrılan vəsaitlə bağlıdır. 2019-cu ildə səhiyyə sahəsinə ayrılan xərclər bu ilin müvafiq xərclərindən 309 milyon manat, yəni 32 faiz çoxdur. Ölkə üçün strateji sahə hesab olunan təhsil xərcləri 2018-ci ilə nisbətən 11 faiz artacaq və 2 milyard 275 milyon manata çatacaq», – O.Əsədov deyib.

Ölkə prezidentinin bununla bağlı parlamentə təqdimatlar göndərdiyini bildirən O.Əsədov onların növbəti iclaslarda müzakirə ediləcəyini vurğulayıb: «Məqsəd iqtisadi fəallığı stimullaşdırmaq, kiçik və orta sahibkarlığın inkişafına daha geniş meydan açmaqdır».

O.Əsədova görə, sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanmasına nəzarəti vergi orqanlarının həyata keçirməsi, sahibkarlığa vergi güzəştlərinin müəyyən edilməsi, qeyri-neft sektorunda çalışanların vergidən azad olunması dövlət büdcəsinin artımına gətirib çıxaracaq.

«Nəzərdə tutulan islahatlar ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək», – deyə Milli Məclisin sədri qeyd edib.

(Azərtac)