XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2018 - 00:01

Merkeldən sensasion bəyanat:"Avropanın güclü orduya ehtiyacı var və bu, NATO-ya paralel yaradılacaq"

“Daha güclü Avropa üçün ortaq bir orduya ehtiyacımız var”.

Bu sözləri Almaniya kansleri Angela Merkel Fransa prezidentinin Avropa ordusu ilə bağlı açıqlamasına dəstək olaraq deyib.

“Ötən ildə baş verənlərə nəzər salsaq, görərik ki, önəmli olan Avropa ordusunun qurulması ilə bağlı çalışmalara başlanılmasıdır. Qurulacaq bu ordu NATO-ya qarşı olmayacaq, NATO daxilindəki transatlantik əməkdaşlığa paralel birlik olacaq”, – deyə Merkel bildirib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Avropanın öz ordusunu yaratmalı olduğunu bəyan edib. ABŞ Prezidenti Tramp bu açıqlamaya mənfi yanaşıb. Rusiya Prezidenti Vladimir Putin isə indiki vəziyyətdə çoxqütblü dünya üçün AB ordusunun yaradılmasının müsbət hal olduğunu deyib/Axar.az.