XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2018 - 13:37

Dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatdı –Hökumətə təkliflərə cavab vermək üçün 8 gün vaxt verildi

Milli Məclisdə (MM) 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb.

Layihə parlamentin plenar iclaslarında 3 gün – noyabrın 13-14-15-də müzakirə olunub.

Deputatlar bir sıra təkliflərlə çıxış ediblər.

Müzakirələr zamanı “2019-cu il dövlət büdcəsi haqqında”, ” 2019-cu il üçün yaşayış minimumu haqqında”, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetalarına baxılıb.

MM sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib ki, hökumətə təkliflərə cavab vermək üçün 8 gün – noyabrın 23-dək vaxt verilib.