XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2018 - 14:17

Spiker Oqtay Əsədov:"Elə deputatlar var ki, xəbərdarlıq edirsən, nəticəsi olmur..."

“Buradan hər kəsi yaxşı görürəm. Plenar iclas keçirilən günün birinci yarısında burada olanların 30 faizi ikinci hissədə iştirak etmirlər. Bunu elan etməli deyiləm axı…”. 

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişikliklər layihəsinin müzakirəsi zamanı parlamentin sədri Oqtay Əsədovdeyib.

Spiker qeyd edib ki, hər bir deputat iclasda iştirak etməlidir: “Elə deputatlar var ki, günün ikinci yarısında iclasda iştirak etmir. Xəbərdarlıq edirsən, nəticəsi olmur. Buna son qoymaq üçün günün ikinci yarısında da qeydiyyat aparılmasını təklif edirsinizsə, edərik”.

Report