XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

18 Fevral 2016 - 01:32

Ərdoğandan terror aktına kəskin mesaj:“Səbrimiz tükəndi! İndi yanıldıqlarını görəcəklər”

erdogan

 

 

 

 

 

 

 

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada baş vermiş terror aktı ilə bağlı açıqlama verib.

“Allahın köməyi ilə Türkiyə bu hucumların öhdəsindən gələcək”,- deyən Ərdoğan vurğulayıb ki, Türkiyənin terrorla mübarizəsində verdiyi itkilərin artması dözülməz həddə çatıb:

Bu itkilər ürəyimizi yaralamaqda, səbrimizi tükəndirməkdədir. Əxlaqi və insanı baxımdan heç bir sərhəddi olmayan bu hucumları həyata keçirənlərə və onların arxasında duran güclərlə mübairzəmizi hər gün daha qəti şəkildə aparacağıq”.

Ərdoğan qeyd edib ki, Türkiyə özünümüdafiə haqqından  hər zaman və hər yerdə, hər vəziyyətdə istifadə etməkdən çəkinməyəcək: 

“Terror qruplarından istifadə edərək ölkəmizi və xalqımızı hədəflərindən uzaqlaşdıra biləcəklərini düşünənlər yanıldıqlarını görəcəklər”.