XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2018 - 21:20

ƏR-RİYADA GEDƏN QABON PREZİDENTİ YOXA ÇIXIB –Prezident xəstədir, yoxsa...?

Afrika ölkəsi olan Qabonun prezidenti bir aya yaxındır yoxa çıxıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 24 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanında keçirilən toplantıya qatılmaq üçün ölkəsindən ayrılaraq Ər-Riyada gələn Qabonun prezidenti Ali Banqodan o gündən xəbər alına bilmir.

Onun həmin səfərdən dönüb-dönməməsi haqda rəsmi xəbər yoxdur.

Məlumata görə, bir aya yaxındır görünməyən Ali Bonqonun taleyindən narahatlıq duyan Afrika Birliyi rəsmiləri hərəkətə keçib.

Birliyin yaydığı məlumata görə, Ali Banqonun taleyindən ciddi narahatdırlar: “Buna görə, Afrika Birliyi Qabona heyət göndərib, prezidentlə bağlı yayılan xəbəri dəqiqləşdirməyə çalışacaq”.

Məlumatda o da qeyd olunur ki, Afrika Birliyinin narahatlığından sonra Qabon hökumətindəki bəzi yetkililər Prezidentin xəstə olduğunu və xəstəxanada müalicə olunduğunu bildiriblər: “Lakin Afrika Birliyi rəhbərliyi bu açıqlama ilə razılaşmayıb və tezliklə ölkəyə heyət göndərib, vəziyyəti yerində öyrənəcəklərini bəyan edib”.

Maraqlıdır ki,  dünya mətbuatı da ötən il Livanın baş naziri Həririnin Ər-Riyadda girov götürülməsi ilə yanaşı, bu ilin oktyabrın 2-də jurnalist Camal Xaşuqcinin qətlə yetirilməsi faktlarını xatırladaraq, Qabon prezidentinin taleyini araşdırmağa çalışır.