Fövqəladə Hallar Nazirliyi Gəncə şəhərində yaşayış binasında baş vermiş partlayış zamanı yaralının dağıntılar altından çıxarılması barədə görüntüləri yayıb.
Strateq.az FHN-ə istinadən xəbər verir ki, həmin şəxs 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğludur.
Onun hərbçi olduğu bildirilir və hazırda Hərbi Hospitala yerləşdirilib.
O.Məmmədli xilas edilərkən hərbi formada olub.
Qeyd edək ki, qaz sızması nəticəsində 4 mərtəbəli binanın bir hissəsi uçub və dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cumalın meyiti çıxarılıb.