XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

20 Noyabr 2018 - 14:20

Avropa öz ordusunu yaradır, əməliyyatlar Brüsseldəki qərargahdan idarə olunacaq –Federika Mogerinidən bəyanat

 

Avropa İttifaqı (Aİ) yaxın iki il ərzində 2,5 minədək insanın iştirak etdiyi əməliyyatları bilavasitə Brüsseldəki qərargahından idarə etmək üçün mexanizm yaratmağı nəzərdə tutur.

“RİA Novosti” xəbər verir ki, bunu Aİ üzvü olan ölkələrin müdafiə nazirləri ilə görüşü ərəfəsində jurnalistlərə qurumun xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini bildirib.

“Yaxın bir-iki il ərzində nəinki bütün təlim missiyalarımıza cavabdeh olacaq, hətta bəzi irimiqyaslı, 2,5 minədək uniformalı hərbçinin iştirak edəcəyi əməliyyatları idarə edəcək hərbi planlaşdırma mexanizmini elə burada, Brüsseldə gücləndirmək qərarına gəlmişik. Bu, irəliyə mühüm addım deməkdir”, – o, vurğulayıb.

Ümumiyyətlə, Aİ ölkələrinin müdafiə nazirləri böhran şəraitində, yəni sabitsizlik və ya münaqişə dövründə asayişi və yerli hakimiyyəti dəstəkləyəcək mülki missiyaları yerləşdirmək üçün təşkilatın imkanlarını səfərbər etmək barədə razılığa gəliblər. Hazırda Aİ 10 bölgədə bu cür mülki əməliyyatlar həyata keçirir/Report.