XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2018 - 20:13

Səfər Mehdiyevin işdən azad etdiyi generala FHN-də yüksək vəzifə verildi –Prezidentdən sərəncam

Bu gün Prezident daha bir sərəncam imzalayıb.

Strateq.az bildirir ki, sərəncama əsasən, Pənah Hüseyn oğlu Süleymanov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Baba Hacı-Baba oğlu Salayev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi təyin olunub.

Xatırladaq ki, bu ilin may ayına Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində işləyən gömrük xidməti general-mayoru Baba Salayev komitə sədri Səfər Mehdiyev tərəfindən tutduğu vəzifədən azad olunmuşdu. Bundan sonra Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Baba Salayevi FHN-də sərəncama götürməsi haqda xəbər yayılmışdı.

Strateq.az