Türkiyədə 2019-cu ilin martında keçiriləcək bələdiyyə seçkilərində İstanbul Böyükşəhər bələdiyyə sədrliyinə Türkiyə parlamentinin sədri Binəli Yıldırımın namizədliyi irəli sürüləcək.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın liderlik etdiyi hakim AKP üçün İstanbul son dərəcə böyük əhəmiyyətə malik olan şəhər sayıldığından Binəli Yıldırım və tərəfdarları artıq indidən seçki hazırlıqlarına başlayıb.
Türkiyə mətbuatı iddia edib ki, Binəli Yıldırım “Bir şəhər ol, məsələn; İstanbul. Sonra de ki: Boğazım quruyana qədər sevəcəyəm səni” devizi ilə seçkidə iştirak edəcək.