XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

18 Fevral 2016 - 13:52

Ankaranı qana boyayan terrorçunun kimliyi məlum oldu- FOTO

terorist-671

28 nəfərin ölümünə, 61 nəfərin yaralanmasına səbəb olan Ankaradakı qanlı terroru kimin törətdiyi məlum olub.

Strateq.az Türkiyə mətbuata istinadən xəbər verir ki, bu, kürd terrorçu Salih Necardır. PYD/YPG üzvü olan Necarın kimliyini hadisə yerindəki cəsədinin qalıqlarından və barmaq izindən müəyyən etmək mümkün olub.
 
Suriya vətəndaşı olan Salih Necar Türkiyəyə ötən ilin iyul ayında suriyalı qaçqınların arasında gəlib. Necar qaçqın düşərgəsinə yerləşdiriləndə ondan barmaq izi alınıb. Polis Necarla əlaqəsi olduğu təsbit edilən iki nəfəri həbs edib. 
 
Xatırladaq ki, “Reuters” adını açıqlamadığı yüksək vəzifəli Türkiyə rəsmisinə istinadla bildirib ki, terroru PKK törədib. Bununla belə Türkiyənin cənub-şərqindəki təhlükəsizlik rəsmiləri terrorun İŞİD tərəfindən törədildiyi ehtimalını da irəli sürüblər.