XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2018 - 11:38

Putin Merkellə Ukrayna ilə bağlı gərginliyi müzakirə etdi:"Hərbi vəziyyətin elan olunmasından narahatıq"

“Ukraynada hərbi vəziyyətin elan olunmasından narahatıq”.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Almaniya Kansleri Angela Merkellə telefon danışığı zamanı deyib.

Kremlidən verilən açıqlamada qeyd olunub ki, iki lider Kerç boğazında Rusiya ilə Ukrayna arasında yaranan gərginliyi telefonda müzakirə ediblər.

Ukraynanın beynəlxalq hüququ pozmaqda ittiham edən Putin bu ölkədə hərbi vəziyyətin elan olunmasından və ordunun müharibəyə hazır vəziyyətə gətirilməsində narahat olduğunu ifadə edib.

Almaniya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Rusiya prezidenti Ukraynanın belə qərarlarının qarşısını almaq üçün Almaniyanın rəsmi Kiyevə təsir göstərəcəyinə ümid etdiyini bildirib/Teleqraf.com.