XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

27 Noyabr 2018 - 14:50

Paşinyan Belarusun Azərbaycanla strateji müttəfiqliyindən ciddi narahat olub:"Biz kimə bel bağlayıb-bağlamayacağımızı, nəhayət, ayırd etməliyik”

“Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzv ölkələri bir-birinə qarşı müttəfiqlik öhdəliklərini dəqiqləşdirməlidir”.

TASS xəbər verir ki, bunu Vanadzor şəhərindəki mitinq iştirakçıları qarşısında Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.

“Bildiyiniz kimi, son vaxtlar KTMT-də qızğın müzakirələr gedir. Bəli, bu müzakirələrin hədəfi üzv ölkələrin bir-birinə qarşı hansı öhdəliklər daşıdığına aydınlıq gətirməkdir. Biz kimə bel bağlayıb-bağlamayacağımızı, nəhayət, ayırd etməliyik”, –  o, vurğulayıb.

N.Paşinyan deyib ki, “Müqaviləyə əsasən Ermənistanın müttəfiqi sayılan bəzi ölkələrin bizə o qədər də dost olmayan qonşumuza silah satmaları bir qədər müəmmalıdır… Bu məsələni müttəfiqlərimizlə müzakirə etməyi səmimi qəlbdən istərdik”/Report

Xatırladaq ki, son vaxtlar Ermənistan iqtidarı Azərbaycanla Belarusun yüksələn strateji müttəfiqliyindən ciddi narahat olmağa başlayıb. Bu narahatlıq  Azərbaycan prezidentinin Minskə son səfərindən sonra pik həddə çatıb.