XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2018 - 13:07

Gürcüstanda seçki: iqtidar və müxalif tərəfdarları arasında dava düşüb, həbslər var –İvanişvili əhaliyə zəng edir

Gürcüstanda ikinci turdan öncə bir sıra insidentlər qeyd alınıb.

Zuqdidi şəhərində Vahid Milli Hərəkatın nümayəndəsi Vaxtanq Xviçiya gecə seçki məntəqəsindən polis idarəsinə gətirilib.

Buna səbəb onun yerli seçki komissiyasının üzvləriylə dalaşması olub.

Daha bir insident Qardabani rayonunda baş verib. Burada Zurabişvili və Vaşadze tərəfdarları arasında dava düşüb.

Polis bir neçə nəfəri həbs edib.

***

Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası qeyri-hökumət təşkilatı seçkinin ikinci turunda ilk pozuntu hallarını qeydə alıb.

Təşkilat seçkinin ikinci turunda 7 pozuntu haqda məlumat yayıb. Pozuntulardan 5-i Kaxetiya bölgəsində, ikisi isə ermənilərin çoxluq təşkil etdiyi Axalkalaki şəhərində baş verib.

Bundan başqa, əhalinin telefonlarına 48 nömrəsiylə Bidzina İvanişvilinin adından zənglər daxil olduğu bildirilib. Belə ki, telefon zənginə cavab verənlər burada İvanişvilinin səs yazısını eşidirlər. İvanişvili “zəng etdiyi” şəxsi seçkiyə çağırır/Axar.az.