XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2018 - 15:11

“Qaçqınkom”a ayrılan vəsaitlərlə bağlı yoxlama aparılıb –Materiallar Milli Məclisə göndəriləcək

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Strateq.az Palataya istinadən bildirir ki, iclasda “Dövlət büdcəsindən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və tabeliyində olan qurumlara ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri haqqında” hesabat müzakirə olunub.

İclasda nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub.

Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimat göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim olunması qərara alınıb.