“Dünənki seçkilərin müşahidəsi və müşahidəçi təşkilatların təhlili əsasında ikinci turda demokratik seçkilərin keyfiyyətinin kəskin aşağı düşməsi ilə bağlı narahatlığımı bildirmək istəyirəm”.
Bu barədə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili brifinqdə bildirib.
O deyib ki, bu cür standartlar üzrə belə seçkilər Gürcüstanda bir daha keçirilməməlidir.
G.Marqvelaşvili ikinci turda əhalinin yüksək fəallıq nümayiş etdirdiyini vurğulayaraq vətəndaşlara, müşahidə missiyaları və KİV-ə minnətdarlığını bildirib.
Dövlət başçısı sonda Salome Zurabişvilini prezident seçilməsi münasibətilə təbrik edib/Report.