XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2018 - 20:18

Ərdoğanla Putinin bir saat çəkən təkbətək görüşü oldu, Rusiya lideri Türkiyəni təriflədi:"Etibarlı dövlətdir..."

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Argentinanın paytaxtı Buenos-Ayresdə  Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşüb.

Strateq.az xəbər verir ki, “G-20”  sammiti çərçivəsində baş tutan və bir saat çəkən görüşdə Suriyadakı vəziyyət, o cümlədən ikitərəfli münasibətlər müzakirə olunub.

Ərdoğan bildirib ki, Rusiya ilə ikitərəfli münasibətləri daha da yüksəltəmək üçün yeni imkanlar var.

Ərdoğan Putinə Suriya ilə bağlı daha bir sammitin keçirilməsini təklif edib: “Biz bu yaxınlarda İstanbulda İdliblə əlaqədar sammit keçirdik. Orada bu problemin həlli istiqamətində atılacaq addımları da müzakirə etdik. Düşünürəm ki, bu məsələ ilə bağlı daha bir sammit keçirmək lazımdır”.

Putin isə Türkiyənin etibar olunası ölkə olduğuu deyib və əlavə edib ki, iki ölkə arasında mövcud olan bəzi məsələlərin həlli istiqamətində atılan addımları yüksək qiymətləndirmək lazımdır: “Türkiyə etibarlı tərəfdaş olmaqla yanaşı, həm də  atdığı addımlarla xarici siyasətində müstəqil olduğunu bir daha təsdiqləyib”.

Onu da qeyd edək ki, Ərdoğan bu gün Trampa ayaqüstü görüşüb,  gün ərzində tərəfələrin daha bir təkbətək görüşü gözlənilir.